Çətir
Yandan dirəkli çətirlər - estetik görünüşü və funksional dizaynı ilə açıq məkanlarda maksimum rahatlıq təmin edir. Dirəyin yan tərəfdə yerləşməsi sayəsində, orta dirəkli çətirlərlə müqayisədə daha geniş istifadə sahəsi yaradır. Kafe, restoran, teras, bağ və hovuz kənarları üçün mükəmməl kölgəlik həllidir.
Konstruksiyası polad profillərdən hazırlanır. Digər satışda olan standart (Çin) çətirlərinə nisbətən daha davamlıdır. Bağlantılarda hamısı polad lövhələrdən hazırlanır. Plastik bağlantı detalları istifadə edilmir.
Altığına hazır beton lövhə qoymaq və ya yerə basdırmaq olur.
Örtüyü Türkiyə PVC və ya Avropa istehsalı olan akrilik parça olur.
Saçaqlı və ya saçaqaız ola bilir.
Açılıb bağlanması yandan əlavə edilən polad troslu mexanizm vasitəsi ilə olur.
Əl ilə açılıb yığılır.
Mövcud olan ölçülər: 2m x 2m; 2,5m x 2,5m; 3m x 3m; 3,5m x 3,5m; 4m x 4m