Klassik tent
Klassik tent — ən çox istifadə edilən, irəli açılan qol sistemi ilə işləyən kölgəlik modelidir. Ən vacib xüsusiyyətlərindən biri — günəşə və yağışa qarşı qoruma funksiyası yerinə yetirməsidir. Bu sistemlər yalnız bağ və balkonlarda deyil, həm də kafe və restoranların açıq hava sahələrində ən çox seçilən modellərdən biridir. Çünki onlar həm funksional, həm də estetik baxımdan cəlbedici dizayna malikdirlər. Ümumilikdə, mafsallı tentelərin - matorlu sistem, xüsusi su keçirməz akrilik, (PVC) parçadan örtüyü, uzaqdan idarəetmə (pultla), fərqli ölçülərdə istehsal imkanı, rəng və dizayn seçimi kimi özəllikləri var.
Klassik tent İrəli açılan QOLLU TENT sistemlərinə aiddir.
KARKAS (hissə və mexanizmlər) elektrostatik toz boyalı (standart ağ rəngli, tələbə uyğun rəng dəyişmək mümkündür) ALUMİNİUMdan olur.
ÖRTÜK suyu 100 % keçirməyən, günəş şüasını (işığı) tam keçirməyən AKRİLİK (Avropa istehsalı) və PVC (Türkiyə istehsalı) parçadır. Akrilik parçanın rəng seçimi mövcudur. 
Ölçüləri standart olaraq
Divar uzunluğu 2,2 m - 6 m
İrəli açılım 1,5 m - 3,5 m olur.
Hər zaman divar uzunluğu irəli açılımdan 50 sm böyük olmalıdır.
Divara, tavana və fərqli formada ( arxa ayaqlı və.s ) quraşdırıla bilir.
Hərəkət mexanizmi əl ilə açılan və avtomatik (motorlu) olur.
Ətraflı məlumat üçün ( görülən işlərimizdən, şəkil və videolarla) sosial media səhiflərimizə baxa bilərsiniz.