Klassik markiz
Klassik markiza və tent irəli açılan QOLLU MARKİZA sistemlərinə aiddir. Karkas: Hissə və mexanizmlər elektrostatik toz boyalı ALÜMİNİUMDAN hazırlanır (standart ağ rəngli, tələbə uyğun rəng dəyişmək mümkündür). Örtük: Suyu 100% keçirməyən, günəş şüasını (işığı) tam kəsən AKRİLİK (Avropa istehsalı) və PVC (Türkiyə istehsalı) parçadandır. Akrilik parçanın rəng seçimi mövcudur. Ölçülər (Standart): Divar uzunluğu: 2,2 m - 6 m İrəli açılım: 1,5 m - 3,5 m Qeyd: Hər zaman divar uzunluğu irəli açılımdan 50 sm böyük olmalıdır. Quraşdırılma: Divara, tavana və fərqli formada (arxa ayaqlı və s.) quraşdırıla bilir. Hərəkət mexanizmi: Əl ilə açılan və ya avtomatik (motorlu) olur.
Klassik markiza və tent — ən çox istifadə edilən, irəli açılan qol sistemi ilə işləyən kölgəlik modelidir. Ən vacib xüsusiyyətlərindən biri günəşə və yağışa qarşı qoruma funksiyasını yerinə yetirməsidir.
Bu sistemlər yalnız bağ və balkonlarda deyil, həm də kafe və restoranların açıq hava sahələrində ən çox seçilən modellərdən biridir. Çünki onlar həm funksional, həm də estetik baxımdan cəlbedici dizayna malikdirlər.
Ümumilikdə, mafsallı markizaların aşağıdakı özəllikləri var:
- Motorlu sistem;
- Xüsusi su keçirməyən akrilik və ya PVC parça örtüyü;
- Uzaqdan idarəetmə (pultla);
- Fərqli ölçülərdə istehsal imkanı;
- Rəng və dizayn seçimi.